Rusiyadan Ukraynaya çağırış - Sülh təkliflərini qəbul et




Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin Kiyev rəhbərliyini Rusiyanın sülh təkliflərini qəbul etməyə çağıraraq, bu təkliflərin uzun illər boyu sülhü təmin edəcəyini bildirib.

AFN.az xəbər verir ki, Narışkin Rusiyanın TASS agentliyinə gündəmdəki mühüm mövzularla bağlı açıqlamalar verib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin Pasxa bayramı münasibətilə Rusiyaya müvəqqəti atəşkəs təklifini dəyərləndirən Narışkin, Kiyev rəhbərliyinin özünə olan etimadı itirdiyini qeyd edib: "Bütün dünya bilir ki, Kiyev atəşkəs təklifləri ilə bağlı öhdəliklərini yerinə yetirmir" deyən SVR rəhbəri, Ukrayna tərəfini Rusiyanın sülh təkliflərini qəbul etməyə səsləyib.

Yaxın Şərqdəki gərginliyə də toxunan Narışkin, Rusiyanın bölgədəki böhranın həlli istiqamətində bəzi ölkələrlə məsləhətləşmələr apardığını bildirib.

O, həmçinin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ilə təmasların kəsilmədiyini və dialoqun davam etdiyini dilə gətirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu