"Brent" nefti 101,17 dollardan satılır



"Brent" markalı neftin bir barreli beynəlxalq fyuçers bazarlarında 101,17 dollara satılır.

AFN.az xəbər verir ki, bu gün saat 10:30-a olan məlumata görə, "Brent" neftinin qiyməti əvvəlki bağlanışla müqayisədə 2,7 faiz azalıb. Eyni dəqiqələrdə "West Texas Intermediate" (WTI) tipli xam neftin barreli isə 99,60 dollardan alıcı tapıb.

Qiymətlərin aşağı düşməsində ABŞ/İsrail və İran arasındakı müharibənin başa çata biləcəyi ilə bağlı xəbərlər əsas rol oynayıb. "The Wall Street Journal" (WSJ) nəşrinin məlumatına görə, Prezident Donald Tramp və komandası Hörmüz boğazının dərhal açılması üçün hərbi əməliyyatların uzadılmasını məqsədəuyğun hesab etmir. İrana qarşı hücumların dayandırılması ehtimalı bazarda gərginliyi müəyyən qədər azaldıb.

Dünya neft bazarının təxminən 20 faizini təmin edən Hörmüz boğazındakı vəziyyət kritik olaraq qalır. Bununla belə, Trampın müharibəni iki-üç həftəyə bitirib bölgədən çəkiləcəklərini bəyan etməsi qiymətlərə birbaşa təsir göstərib. İranın xarici işlər naziri Abbas Əraqçi isə "Al Jazeera" kanalına açıqlamasında bildirib ki, müharibənin bitməsi üçün İranın şərtləri hücumların təkrarlanmayacağına dair təminat və dəymiş ziyanın ödənilməsidir.

Hazırda mütəxəssislər "Brent" nefti üçün 105,97 dolları müqavimət, 100,78 dolları isə dəstək səviyyəsi kimi izləməyi tövsiyə edirlər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu