ABŞ ordusunda böhran: Generallar vəzifədən uzaqlaşdırılır



ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Quru Qoşunları komandanı Rendi Corcun dərhal təqaüdə çıxacağı barədə məlumatdan sonra daha iki yüksək rütbəli generalın vəzifəsindən azad edildiyi bildirilib.

AFN.az xəbər verir ki, "The Washington Post" qəzetinin yazdığına görə, adları açıqlanmayan nazirlik rəsmiləri daha iki generalın işdən çıxarıldığını təsdiqləyiblər.

Mənbələr bu şəxslərin general Devid Hodnegeneral-mayor Vilyam Qrin olduğunu bildiriblər. Digər tərəfdən, ABŞ Quru Qoşunları katibi Den Driskollun vəzifədə qalıb-qalmayacağı ilə bağlı müzakirələrin davam etdiyi iddia olunur.

ABŞ mətbuatında yer alan iddialara görə, müdafiə naziri Pit Heqset ilə Corc və Driskoll arasında zabitlərin rütbəsinin artırılması məsələsi başda olmaqla bir sıra mövzularda ciddi fikir ayrılıqları yaşanıb. Pentaqonun sözçüsü Şon Parnell "X" platformasında Rendi Corcun dərhal təqaüdə çıxacağı barədə məlumat paylaşıb.

Rəsmi açıqlamadan əvvəl isə mətbuatda nazir Heqsetin Corcdan istifa verməsini tələb etdiyi barədə xəbərlər yayılmışdı.

Hazırda Pentaqon daxilində komandanlıq strukturunun yenidən formalaşdırılması prosesi davam edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu