Pentaqon: İran ilə müharibədə indiyədək 13 ABŞ hərbçisi ölüb, 365-i yaralanıb



ABŞ Müdafiə Nazirliyi (Pentaqon) fevralın 28-də ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibədə bu günə qədər 13 amerikalı hərbçinin həlak olduğu, 365-nin isə yaralandığı barədə rəsmi məlumat yayıb.

AFN.az xəbər verir ki, Pentaqon "Müdafiə İtki Analiz Sistemi" başlığı altında İrana qarşı "Epic Fury" ("Epik Qəzəb") adlandırdığı əməliyyatlarda ölənlər və yaralananlar barədə rəsmi hesabatını paylaşıb. Nazirliyin rəsmi internet saytında yer alan 3 aprel tarixinə olan statistikaya görə, həyatını itirən 13 hərbçidən 6-sı quru qoşunlarının, 7-si isə hərbi hava qüvvələrinin payına düşür.

Yaralanan 365 hərbçidən 247-nin quru qoşunları, 63-nün hərbi dəniz qüvvələri, 19-nun dəniz piyadaları, 36-nın isə hərbi hava qüvvələri mənsubu olduğu bildirilir.

Məlumatda qeyd olunur ki, Müdafiə İtki Analiz Sistemi tərəfindən hazırlanan bu hesabatlar dövlət qurumları, Konqres, Prezident Administrasiyası, media və ictimaiyyət üçün əsas rəsmi mənbə hesab olunur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu