Melonidən Körfəz ölkələrinə enerji fokuslu sürpriz səfər



İtaliyanın Baş naziri Giorgia Meloni Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yüksək səviyyəli görüşlər keçirmək üçün Körfəz bölgəsinə səfərinə Səudiyyə Ərəbistanının Ciddə şəhərindən başlayıb.

AFN.az xəbər verir ki, əvvəlcədən ictimaiyyətə elan edilməyən və sürpriz kimi qiymətləndirilən bu səfər yalnız Meloni Ciddəyə çatdıqdan sonra rəsmən açıqlanıb. Baş nazirlik mənbələrinin verdiyi məlumata görə, səfərin əsas məqsədi İranın hücumları qarşısında İtaliyanın dəstəyini nümayiş etdirmək və strateji tərəfdaşlığı möhkəmləndirməkdir.

Eyni zamanda, Körfəz bölgəsinin İtaliya üçün həyati əhəmiyyətli neft və təbii qaz mənbəyi olduğu vurğulanaraq, bu addımın ölkənin milli enerji təhlükəsizliyini qorumağa xidmət etdiyi bildirilib. Baş nazir Meloni Ciddədəki təmasları ilə bağlı sosial media hesabında video paylaşıb.

Qeyd edək ki, Meloninin bu səfəri fevralın 28-də ABŞ və İsrailin İrana hücumu ilə başlayan müharibə dövründə bir Avropa İttifaqı (Aİ) ölkəsi liderinin Səudiyyə Ərəbistanına etdiyi ilk rəsmi səfər olması baxımından böyük əhəmiyyət kəsb edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu