Raca Krişnamorti: Trampın NATO-dan çıxması qanunsuzluqdur



ABŞ Nümayəndələr Palatasının demokrat üzvü Raca Krişnamorti Prezident Donald Trampın Konqresin razılığı olmadan ABŞ-ı NATO-dan çıxarmaq istiqamətindəki hər hansı bir cəhdinin həm qanunsuz olacağını, həm də milli təhlükəsizliyi təhlükə altına qatacağını bəyan edib.

AFN.az xəbər verir ki, Krişnamorti Trampa göndərdiyi məktubda prezidentin son vaxtlar NATO ilə bağlı səsləndirdiyi ritorikadan dərin narahatlıq keçirdiyini bildirib. Konqresmen xatırladıb ki, 2024-cü maliyyə ili üçün Milli Müdafiə Səlahiyyət Aktı (NDAA) çərçivəsində qəbul edilmiş qanuna əsasən, heç bir prezident Senatın üçdə ikisinin razılığı və ya xüsusi Konqres aktı olmadan ABŞ-ı birtərəfli qaydada alyansdan çıxara bilməz.

Krişnamorti vurğulayıb ki, NATO-dan ayrılmaq Rusiya və Çin kimi rəqibləri cəsarətləndirəcək və onilliklər ərzində qurulmuş beynəlxalq sabitliyi pozacaq: "NATO-dan hər hansı birtərəfli çıxış həm strateji cəhətdən məsuliyyətsizlik, həm də mövcud qanunvericiliyə görə açıq-aşkar qanunsuzluq olardı".

Xatırladaq ki, ABŞ Prezidenti Tramp aprelin 1-də Britaniyanın "The Telegraph" qəzetinə verdiyi müsahibədə NATO-nu "kağızdan pələng" adlandıraraq, çıxmaq ehtimalını "yenidən nəzərdən keçirilməkdən də kənar" bir məsələ kimi qiymətləndirmişdi. O, xüsusilə müttəfiqlərin İranla müharibə zamanı ABŞ-a kifayət qədər dəstək verməməsini tənqid etmişdi. Dünən isə Ağ Evdə NATO-nun Baş katibi Mark Rutte ilə mətbuata qapalı görüş keçirən Tramp hələ də alyansın gələcəyi ilə bağlı skeptik mövqeyini qoruyur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu