Tramp: ABŞ-ı NATO-dan çıxarmağı düşünürəm



ABŞ Prezidenti Donald Tramp müttəfiqlərin İrana qarşı davam edən hərbi əməliyyatlarda Vaşinqtona kifayət qədər dəstək verməməsi səbəbindən ölkəsini NATO-dan çıxarmağı ciddi şəkildə nəzərdən keçirəcəyini bəyan edib.

AFN.az xəbər verir ki, Britaniyanın "The Telegraph" qəzetinə müsahibə verən Tramp alyansın hazırkı vəziyyətini kəskin tənqid edərək, onu "kağız üzərindəki pələng" adlandırıb.

Tramp müsahibəsində NATO üzvlüyünə münasibətinin artıq "yenidən baxmaq" mərhələsini keçdiyini vurğulayıb: "Mən heç vaxt NATO-ya rəğbət bəsləməmişəm. Onların kağız üzərindəki pələng olduqlarını həmişə bilirdim və yeri gəlmişkən, Putin də bunu bilir". O, ABŞ-ın keçmişdə digər müttəfiqlərin, o cümlədən Ukraynanın köməyinə çatdığını, lakin eyni qarşılığı görmədiyini iddia edib.

ABŞ rəhbəri Britaniyanın Baş naziri Keyr Starmerin mövqeyini də hədəfə alıb. Starmerin "bu müharibəyə sürüklənməyəcəkləri" barədə bəyanatına cavab olaraq Tramp Britaniya donanmasını və aviadaşıyıcılarını "oyuncaq" adlandıraraq tənqid edib. O, həmçinin Starmerin daxili siyasətini, xüsusilə enerji xərclərini artıran külək turbinləri layihəsini də tənqid atəşinə tutub.

Xatırladaq ki, bir neçə gün əvvəl Dövlət katibi Marko Rubio da müttəfiqlərin bazalardan istifadəyə icazə verməməsindən narazılığını bildirmiş və NATO-nun ölkə üçün dəyərinin müharibədən sonra mütləq dəyərləndiriləcəyini qeyd etmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu