ABŞ 38 ildən sonra ilk dəfə İrana qarşı gəmi topundan istifadə edib
ABŞ-ın "Spruance" raket esminesindən İran sahillərindəki yük gəmisinə açılan atəş, son 38 ildə ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) üçün bu tipli ilk insident olub.
AFN.az "The War Zone" (TWZ) portalına istinadən xəbər verir ki, ABŞ HDQ-nin rəsmi nümayəndəsi gəmi silahının başqa bir gəmiyə qarşı tətbiq edildiyi sonuncu analoji halın 1988-cı il aprelin 18-də "Peyğəmbərçiçəyi" (Praying Mantis) əməliyyatı zamanı qeydə alındığını bildirib.
Xatırladaq ki, aprelin 19-da ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İranın Bəndər-Abbas limanına doğru hərəkət edən "Touska" yük gəmisinin ələ keçirilməsi barədə məlumat yayıb. Məlumata görə, "Spruance" esminesi gəminin maşın bölməsinə "Mark 45" tipli 127 mm-lik topdan bir neçə atəş açıb.
1988-ci ildəki əməliyyat isə ABŞ freqatının İran minasına düşməsinə cavab olaraq keçirilmişdi və həmin vaxtdan bəri bu miqyasda dəniz toqquşması baş verməmişdi.

