SEPAH biri İsraillə əlaqəli olan iki xarici gəmini ələ keçirdiyini elan etdi
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) dəniz təhlükəsizliyini təhlükəyə atan biri İsraillə əlaqəli iki xarici gəminin saxlanılaraq İran sahllərinə gətirildiyini bəyan edib.
AFN.az xəbər verir ki, İnqilab Keşikçiləri Korpusunun Dəniz Qüvvələri Komandanlığı tərəfindən verilən açıqlamada lazımi icazələri olmadan və naviqasiya sistemlərini manipulyasiya edərək dəniz təhlükəsizliyini təhdid edən "MSC-Francesca" və "Epaminondas" adlı gəmilərə müdaxilə edildiyi bildirilib.
Açıqlamada "MSC-Francesca" gəmisi xüsusi olaraq İsraillə əlaqəli gəmi kimi xarakterizə edilib. Müdaxilə edilən hər iki gəminin ələ keçirilərək İran sahillərinə yönləndirildiyi qeyd olunsa da, əməliyyatın dəqiq hansı koordinatlarda həyata keçirildiyi barədə məlumat verilməyib.
Bəyanatda vurğulanıb ki, Hörmüz boğazının təhlükəsizliyinin pozulması İranın qırmızı xəttidir. Qeyd edək ki, bir müddət əvvəl İrana qarşı dəniz blokadası qərarı alan ABŞ İrana məxsus iki ticarət gəmisinə hücum edərək onları ələ keçirmişdi. İran rəsmiləri isə dəniz quldurluğu adlandırdıqları bu addımlara mütləq cavab veriləcəyini bəyan etmişdilər.


