"DeepSeek" yeni modelini təqdim etdi



Çinin texnologiya startapı "DeepSeek" "OpenAI" və "Google" kimi nəhənglərlə rəqabət apara biləcək yeni süni intellekt modeli "V4"-ü ictimaiyyətə təqdim edib. 

AFN.az xəbər verir ki, müstəqil şəkildə kod yaza bilən və daha mürəkkəb əməliyyatları həll etmək qabiliyyətinə malik olan bu model, Amerika çiplərinə ehtiyac duymadan çalışması ilə diqqət çəkir.

Hançjou mərkəzli "DeepSeek" tərəfindən istifadəyə verilən "V4" modeli istifadəçinin əvəzinə avtonom qərarlar qəbul etmək və mürəkkəb proqram kodlarını sürətlə hazırlamaq kimi funksiyalarla təchiz edilib. Əvvəlki modellə müqayisədə daha böyük həcmdə məlumat emal edə bilən bu yeni versiya, süni intellektin verilən komandaları anlama potensialını əhəmiyyətli dərəcədə artırır.

"V4" modelinin ən önəmli xüsusiyyəti onun ABŞ tərəfindən tətbiq edilən sanksiyalardan təsirlənməməsidir. "DeepSeek" yüksək hesablama gücü ehtiyacını qarşılamaq üçün "Huawei" şirkəti ilə əməkdaşlıq edib. "Nvidia" kimi Amerika şirkətlərinin çiplərinə arxalanmaq əvəzinə, tamamilə Çin istehsalı olan çiplərlə işləyən sistem ölkənin texnologiya sahəsində xarici asılılığını azaltmağı hədəfləyir.

Açıq mənbəli süni intellekt modelləri arasında ön plana çıxan "V4" hamı üçün əlçatan olması ilə geniş kütlələrə çatmağı məqsəd qoyub. Lakin şirkətin sürətli yüksəlişi müəyyən mübahisələrə də yol açıb.

Belə ki, ABŞ-dakı rəqibləri "DeepSeek"i öz modellərindən qeyri-qanuni yollarla məlumat kopyalamaqda ittiham edirlər. İki fövqəldövlət arasındakı texnoloji rəqabətin "V4"-ün gəlişi ilə daha da kəskinləşdiyi müşahidə olunur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu