Cənubi Koreya "DeepSeek"in yüklənməsini müvəqqəti olaraq qadağan etdi


Çin mərkəzli bir şirkət tərəfindən hazırlanan süni intellekt modeli DeepSeek ilə bağlı təhlükəsizlik narahatlıqları bir çox ölkədə davam edərkən, Cənubi Koreya da modelin yüklənməsini müvəqqəti olaraq qadağan etdiyini açıqlayıb.



"Yonhap" xəbər verir ki, Fərdi Məlumatların Qorunması Komissiyası (PIPC) dünyanın bir çox ölkəsi tərəfindən qadağan olunmağa başlayan süni intellekt modeli ilə bağlı açıqlama verib.

Komissiya "DeepSeek"in yükləməsinin məlumat toplama üsulları ilə bağlı narahatlıqlar səbəbiylə müvəqqəti olaraq dayandırıldığını və Cənubi Koreyanın şəxsi məlumatların qorunması qanunlarına uyğun olaraq tənzimləmələr edildikdən sonra qadağanın qaldırılacağını açıqlayıb.

Qeyd edək ki, bundan öncə Cənubi Koreyada "DeepSeek" ilə bağlı təhlükəsizlik narahatlığına görə tətbiqin ehtiyatla istifadə edilməsi tövsiyə edilib.

Xatırladaq ki, Avstraliyada, ABŞ Hərbi Dəniz Qüvvələrində, İtaliyada, ABŞ-ın Nyu-York və Texas ştatlarında, Hollandiya və Danimarkada müəyyən bölgələrdə "DeepSeek"dən istifadə qadağan edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu