Buenos-Ayresdə "Qələbə diktantı" keçirilib



Argentinanın paytaxtı Buenos-Ayresdə yerləşən "Rus evi"ndə İkinci Dünya müharibəsi hadisələrinə həsr olunmuş "Qələbə diktantı" beynəlxalq aksiyası təşkil olunub.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, tədbirdə 20-dən çox şəxs iştirak edib ki, onların da əksəriyyəti yerli argentinalılar olub. İştirakçılar 45 dəqiqə ərzində hərbi tarixə dair 25 sualı cavablandırıblar.

Tədbir çərçivəsində iştirakçılara Georgi lentinin tarixi və mənası barədə ətraflı məlumat verilib. Həmçinin onlar 9 may Qələbə Günü münasibətilə keçiriləcək bayram tədbirlərinə, o cümlədən "Ölməz alay" yürüşünə dəvət olunublar.

2019-cu ildən bəri ənənəvi olaraq keçirilən bu aksiya həm əyani, həm də onlayn formatda hərbi tarix üzrə biliklərin yoxlanılmasını nəzərdə tutur. 2026-cı il diktantında əsas diqqət marşal Georgi Jukovun 130 illik yubileyinə və faşizm üzərində qələbədə həlledici rol oynamış mühüm döyüşlərə yetirilib.

Qeyd edək ki, "Qələbə diktantı" hər il dünyanın onlarla ölkəsində təşkil edilir və tarixin saxtalaşdırılmasının qarşısını almaq məqsədi daşıyır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu