Pentaqon: ABŞ-ın hipersəs silahlarından müdafiəsi yoxdur


ABŞ müdafiə nazirinin kosmos siyasəti üzrə köməkçisi Mark Berkovits Senatın Silahlı Qüvvələr Komitəsindəki dinləmələr zamanı ölkənin müdafiə sistemindəki boşluqları etiraf edib.

AFN.az-ın xarici mediaya istinadən xəbərinə görə, o bildirib ki, hazırda ABŞ-ın hipersəs silahları və müasir qanadlı raketlərə qarşı effektiv müdafiə vasitələri mövcud deyil.

Berkovits qeyd edib ki, hazırkı yerüstü raketdən müdafiə sistemi yalnız Şimali Koreya kimi ölkələrdən gələ biləcək kiçikmiqyaslı qəfil hücumları dəf etmək üçün nəzərdə tutulub. Hazırda Vaşinqton bu boşluğu doldurmaq üçün "Qızıl Qübbə" (Golden Dome) adlı yeni nəsil hava hücumundan müdafiə sistemi üzərində işləyir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu