Google Pentaqonun məxfi işlərdə süni intellektdən istifadəsinə etiraz edir
"Google"un 600-dən çox əməkdaşı, xüsusilə "DeepMind AI" bölməsinin mütəxəssisləri baş direktor Sundar Piçaiyə müraciət edərək, korporasiyanın süni intellekt (Sİ) texnologiyalarının Pentaqon tərəfindən məxfi və hərbi məqsədlər üçün istifadəsinin qadağan olunmasını tələb ediblər.
AFN.az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Bildirilir ki, məktubda Sİ-nin insanlığın zərərinə olan ölümcül avtonom silahlarda və kütləvi izləmə sistemlərində istifadəsinin yolverilməz olduğu qeyd edilib. Əməkdaşlar Google-un belə "şər əməllərlə" assosiasiya olunmaması üçün hərbi qurumlarla heç bir müqavilə bağlanmamasını tələb edirlər.
Pentaqon isə öz növbəsində müasir müharibənin mərkəzində dayanan süni intellekt texnologiyalarından "bütün qanuni məqsədlər üçün" istifadə etməkdə azad olmalı olduqlarını bildirir.



