Netanyahu: Orban İsrailin müharibələrində bizə dəstək olub
İsrailin Baş naziri Benyamin Netanyahu Macarıstanın keçmiş rəhbərliyinə təşəkkür edərək, Viktor Orbanın İsrailə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, baş nazir Orbanı "İsrailin həqiqi dostu" adlandıraraq, onun beynəlxalq təzyiqlər qarşısında hər zaman İsrailin yanında olduğunu vurğulayıb.
Netanyahu bildirib: "O, ədalətsiz beynəlxalq qarayaxmalar qarşısında İsrailin tərəfində möhkəm dayanan həqiqi dostdur. Qəddar terrorçulara qarşı apardığımız haqlı müharibədə İsrail əsgərlərini kim dəstəklədi? İsrail xalqı bunu heç vaxt unutmayacaq".
Bununla yanaşı, İsrailin Baş naziri Macarıstanda keçirilən seçkilərdə qalib gələn Peter Madyarı da təbrik edib: "Peter Madyarı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edirəm və hər iki ölkə xalqının rifahı naminə əməkdaşlığımızın davam etdirilməsini səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, bu bəyanat Macarıstanda hakimiyyət dəyişikliyi fonunda İsrailin yeni hökumətlə də sıx əlaqələr qurmaq niyyətində olduğunu nümayiş etdirir.


