İtaliya Baş naziri: ABŞ prezidentinin Roma Papasına hücumları qəbuledilməzdir
İtaliyanın Baş naziri Corcia Meloni ABŞ Prezidenti Donald Trampın Roma Papası Lva qarşı işlətdiyi ifadələri kəskin tənqid edərək, onları "qəbuledilməz" adlandırıb.
AFN.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu bəyanat Tramp ilə sıx əlaqələri olan Meloni tərəfindən gələn olduqca nadir ictimai qınaq hesab olunur.
Meloni jurnalistlərə açıqlamasında deyib: "Prezident Trampın Müqəddəs Ata ünvanına dediyi sözləri qəbuledilməz hesab edirəm. Roma Papası Katolik Kilsəsinin rəhbəridir və onun sülhə çağırması, müharibənin istənilən formasını pisləməsi tamamilə təbiidir".
Qeyd edək ki, ABŞ-ın İrana qarşı hərbi-iqtisadi təzyiqləri və dəniz blokadası fonunda Vatikandan gələn sülh çağırışları Ağ Ev rəhbərliyi tərəfindən sərt qarşılanmışdı. Meloninin bu çıxışı İtaliyanın katolik dünyasının mərkəzi kimi mənəvi dəyərləri siyasi müttəfiqlikdən üstün tutduğunun göstəricisi kimi qiymətləndirilir.


