Malidə radikalların hakimiyyəti ələ keçirmək cəhdinin qarşısı alınıb


Malinin keçid dövrünün Baş naziri Abdulaye Maiqa Bamako şəhərində keçirdiyi brifinqdə radikal qruplaşmaların 2026-cı il aprelin 25-də ölkənin müxtəlif bölgələrində koordinasiya edilmiş hücumlar vasitəsilə hakimiyyəti ələ keçirməyə çalışdıqlarını bəyan edib.

Maiqanın sözlərinə görə, terrorçuların məqsədi dövlət institutlarını dağıtmaq və keçid prosesini dayandırmaq olub.

Baş nazir hökumət qüvvələrinin bu hücumlara qətiyyətli cavab verdiyini və ölkə daxilində yüzlərlə terrorçunun zərərsizləşdirildiyini bildirib: "Düşmənin məqsədi sadəcə terror aktları törətmək deyil, respublika institutlarını sökərək hakimiyyəti qəsb etmək idi. Lakin ordumuzun fədakarlığı sayəsində bu cəhd uğursuzluğa düçar oldu".

Xatırladaq ki, aprelin 25-də silahlı qruplaşmalar Malinin müxtəlif hissələrində 20-yə yaxın şəhər və qəsəbəyə hücum ediblər. Hazırda ölkəni polkovnik Assimi Qoitanın rəhbərlik etdiyi keçid hökuməti idarə edir və o, 2030-cu ilə qədər dövlət başçısı postunda qalmaq səlahiyyətinə malikdir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu