Malidə çevriliş cəhdinin qarşısı alınıb

Malidə çevriliş cəhdinin qarşısının alındığı və aralarında bir Fransız vətəndaşının da olduğu bir neçə nəfərin tutulduğu bildirilib.
Dövlət televiziya kanalı ORTM-də oxunan açıqlamada ölkədə sabitliyi pozmağa cəhd edən, təhlükəsizlik qüvvələri arasında fəaliyyət göstərən “marjinal qrupun” dağıdıldığı qeyd olunub.
Açıqlamada həmin qrupun xarici dövlətlərdən yardım aldığı və Malinin yenidən qurulma prosesini pozmağı hədəflədiyi vurğulanıb.
Tutulan şəxslərin 1 avqust tarixində saxlanıldığı bildirilib və aralarında Vizilier Yann adlı bir Fransız vətəndaşının da olduğu diqqətə çatdırılıb.
Açıqlamada həmçinin vəziyyətin tam nəzarət altında olduğu və hadisənin digər iştirakçılarını tapmaq üçün istintaqın davam etdiyi bildirilib.
Saxlanılanlar arasında briqada generalı və polkovnik rütbəli şəxslərin də olduğu qeyd olunub.
Qeyd edək ki, 2022-ci ilin mayında da Malidə çevriliş cəhdinin qarşısı alınıb.