Malidə milli fəlakət elan edilib


Malidə güclü yağışların səbəb olduğu daşqınlardan sonra milli fəlakət elan edilib.


Yerli hökumətdən verilən açıqlamada ölkədə leysan yağışların səbəb olduğu sellərin nəticələri barədə məlumat verib.

Açıqlamada güclü sellə yanaşı, ildırım çaxması və tufanların da yaşandığı bildirilib və ölkədə milli fəlakət elan edildiyi paylaşılıb.

Açıqlamada son həftələrdə qeydə alınan yağışın 17 rayonda 7 mindən çox ev təsərrüfatına və 50 minə yaxın insana mənfi təsir etdiyi, əlverişsiz hava şəraitinin 30 nəfərin ölümünə səbəb olduğu vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu