İran Hörmüzdə minalanmış delfinləri dövriyyəyə buraxacaq?



ABŞ-ın həftələrdir davam edən hərbi blokadası səbəbindən iqtisadi çətinliklərlə üzləşən İran Hörmüz boğazındakı tarazlığı dəyişmək üçün mina daşıyan delfinlər və sualtı əməliyyatları ehtiva edən radikal müdafiə strategiyalarını nəzərdən keçirir.

AFN.az xəbər verir ki, Hörmüz boğazında ABŞ ilə əldə olunmuş gərgin atəşkəs prosesi davam edərkən, İrandakı radikal qruplar neft ixracının qarşısının alınmasını müharibə elanı kimi qiymətləndirirlər.

"Wall Street Journal" nəşrinin məlumatına görə, Tehran rəhbərliyi bu blokadanı yarmaq məqsədilə əvvəllər istifadə edilməmiş hərbi metodları işə salmağı planlaşdırır. Bu planlar arasında ən diqqətçəkəni isə bölgədəki ABŞ döyüş gəmilərinə qarşı mina daşıyan təlim keçmiş delfinlərin istifadə edilməsi ehtimalıdır.

İranın müdafiə strategiyası təkcə canlı sursatlarla məhdudlaşmır; belə ki, İnqilab Keşikçiləri Korpusunun sualtı qayıqlarını strateji su yollarına göndərməklə yanaşı, boğazdan keçən kritik telefon və internet kabellərini kəsərək qlobal kommunikasiyanı iflic etməklə hədələdiyi bildirilir.

Ekspertlər Tehrandakı qərar qəbul edənlərin iqtisadi blokadaya dözməkdənsə, idarə olunan münaqişəni daha az maliyyətli hesab etməyə başladıqlarına diqqət çəkirlər. Baş verən bu hadisələr Hörmüz boğazındakı böhranın hərbi və texnoloji ölçüsünün çox daha kritik bir mərhələyə keçə biləcəyini göstərir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu