Qətər qismən dayandırdığı dənizçilik fəaliyyətlərini tam bərpa edəcək



Qətər ABŞ-İsrail və İran arasında baş verən müharibə səbəbindən dayandırdığı və 12 aprel tarixində qismən yenidən başlatdığı dənizçilik fəaliyyətlərini tam şəkildə dövriyyəyə alacağını elan edib.

AFN.az xəbər verir ki, Qətər Nəqliyyat Nazirliyindən verilən açıqlamada dənizçilik fəaliyyətlərinin 2 may şənbə günündən etibarən gün boyu xidmətə açılacağı bildirilib.

Nəqliyyat Nazirliyi 12 aprel tarixli açıqlamasında Qətər ərazi sularında hər növ gəmi və qayığın saat 06:00-18:00 radələrində fəaliyyət göstərə biləcəyini qeyd etmişdi. ABŞ və İsrailin 28 fevralda birgə hücumları ilə başlayan, İranın da İsrail və bölgə ölkələrindəki bəzi ABŞ hədəflərinə cavab zərbələri endirdiyi müharibə şəraiti Vaşinqton və Tehran arasında 8 apreldə əldə olunmuş müvəqqəti atəşkəslə yerini danışıqlara buraxmışdı.

Pakistanın vasitəçiliyi ilə aparılan görüşlərdən hələlik bir nəticə əldə olunmayıb. Mövcud vəziyyətdə Qətərin bu addımı bölgədəki logistik və ticari hərəkətliliyin bərpası üçün mühüm addım kimi qiymətləndirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu