Polşada NATO-nun "Amber Shock" təlimləri başlayıb
Polşanın şimal-şərqindəki Ojış poliqonunda "Amber Shock 26" hərbi təlimlərinə start verilib.
AFN.az-ın xarici mediaya istinadən məlumatına görə, NATO-nun "Şimal-Şərq" çoxmillətli korpusunun mətbuat katibi Dariuş Quzenda bildirib ki, manevrlərdə bir neçə ölkədən 3,5 min hərbçi və yüzlərlə texnika iştirak edir.
Təlimlərin əsas iştirakçıları NATO korpusu ilə yanaşı, ABŞ-ın Almaniyada yerləşən 2-ci kavaleriya alayının hərbçiləridir. Manevrlərin ən mühüm mərhələsi mayın 7-də keçiriləcək döyüş sursatlı artilleriya atışları olacaq.
"Amber Shock" təlimləri ABŞ-ın rəhbərliyi ilə keçirilən daha genişmiqyaslı "Sword 26" manevrlərinin bir hissəsidir. Ümumilikdə Polşa, Baltikyanı ölkələr, İsveç, Norveç və Finlandiyanı əhatə edən bu böyük təlimlərə 15 minə yaxın hərbçi cəlb olunub.

