Belarus: NATO-nun “Zapad-2025” təlimləri ərəfəsində hərbiləşmə artır


Belarus Müdafiə Nazirliyi NATO ölkələrinin Belarus-Rusiya “Zapad-2025” təlimləri ərəfəsindəki hərəkətlərinin aqressiv xarakter aldığını bəyan edib.

AFN.az-ın yerli mediaya istinadən xəbərinə görə, beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəhbəri Valeri Revenko bildirib ki, Qərb dövlətləri təlimlərdən bəhanə kimi istifadə edərək bölgədə hərbiləşməni artırır. Onun sözlərinə görə, NATO üzvü olan qonşu ölkələrdə əməliyyat və döyüş hazırlığı tədbirlərinin miqyası böyüyüb.

Avqust-sentyabr aylarında alyansın təlimlərinin sayı 6-dan 10-a yüksəlib, bunlardan biri də Polşada keçiriləcək “Dəmir Müdafiəçi” olacaq. Polşa rəhbərliyi bu manevrlərdə 34 mindən çox hərbçi və 600 hərbi texnikanın iştirakını açıqlayıb. Litvada isə Bundesverin texnikası “Böyük Qartal – 2025” təliminə hazırlıq çərçivəsində yerləşdirilib. Həmçinin, Litva-Belarus sərhədinə yaxın ərazilərdə hava hücumundan müdafiə sistemləri artırılıb və birgə təlimlərin intensivliyi yüksəlib.

Revenko iddia edib ki, bəzi Qərb mediası “Zapad-2025” barədə təxribat xarakterli məlumatlar yaymaqda davam edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu