Almaniya kansleri: ABŞ NATO-nun mərkəzi sütunudur


Almaniya Kansleri Fridrix Merts ABŞ-ın ölkədəki qoşunlarını çıxarmaq qərarından sonra yaranan gərginliyi azaltmağa çalışıb.

AFN.az-ın xəbərinə görə, o, ARD telekanalına müsahibəsində bildirib ki, bəzi fikir ayrılıqlarına baxmayaraq, ABŞ hələ də NATO daxilində Almaniyanın ən vacib tərəfdaşıdır.

O, həmçinin Vaşinqtonun Almaniyadan qoşunlarını çıxardığını elan etməsindən sonra ABŞ prezidenti Donald Trampla münasibətlərdəki gərginliyi azaltdığını bildirib.

"Mən əminəm ki, amerikalılar Şimali Atlantika Alyansında ən vacib tərəfdaşımızdır" - deyə Merz qeyd edib.

Merts qoşunların çıxarılması qərarı ilə İran məsələsindəki strateji fərqliliklər arasında heç bir əlaqə olmadığını vurğulayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu