Azərbaycan Premyer Liqasında XXXI tur: iki oyun olacaq
Misli Premyer Liqasında XXXI tura bu gün start veriləcək.
AFN.az “Report”a istinadən xəbər verir ki, turun açılış günündə iki matç keçiriləcək. İlk qarşılaşmada “İmişli” və “Zirə” komandaları üz-üzə gələcək. Quba Olimpiya İdman Kompleksində baş tutacaq oyun saat 16:30-da başlayacaq.
Günün ikinci görüşündə artıq çempionluğunu rəsmiləşdirmiş “Sabah” öz meydanında “Kəpəz”i qəbul edəcək. “Bank Respublika Arena”da keçiriləcək bu matçın start fiti saat 19:30-da səslənəcək.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XXXI turun digər qarşılaşmaları növbəti günlərdə keçiriləcək və tura mayın 10-da yekun vurulacaq.

