ABŞ hantavirusu "3-cü səviyyəli fövqəladə vəziyyət" kodu ilə izləməyə aldı



ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) hantavirus hallarını "3-cü səviyyəli fövqəladə vəziyyət" kodu ilə təqib etdiyi bildirilir.

AFN.az xəbər verir ki, ABC telekanalının mövzuya yaxın mənbələrə istinadən yaydığı məlumata görə, CDC hantavirus yoluxmaları ilə əlaqədar Fövqəladə Hallar Əməliyyat Mərkəzini hərəkətə keçirib.

Qurum bu virusla bağlı vəziyyəti xüsusi izləmə rejiminə keçirsə də, bunun fövqəladə hallar üçün ən aşağı səviyyə olduğu, ictimaiyyət üçün riskin hələlik aşağı qaldığı, lakin vəziyyətin İctimai Səhiyyə Qurumu tərəfindən aktiv şəkildə monitorinq edildiyi qeyd olunub.

Xatırladaq ki, Argentinadan Afrika sahillərindəki Kabo-Verdeyə (Yaşıl Burun adaları) gedən "MV Hondius" adlı gəminin sərnişinlərində hantavirus aşkar edilmiş və infeksiyaya yoluxan 3 nəfər həyatını itirmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu