Peskov: Putin və Tramp hələlik təbrikləşməyiblər


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin və amerikalı həmkarı Donald Tramp hələlik 9 May – Qələbə Günü münasibətilə təbrikləşməyiblər.

AFN.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, Peskov jurnalistlərin suallarına cavab verərkən qeyd edib ki, liderlər bu mövzunu və Qələbə Gününün əhəmiyyətini aprelin 29-da baş tutan telefon danışığı zamanı müzakirə ediblər. Həmin danışıq zamanı Putin Qələbə Günü şərəfinə birtərəfli atəşkəs elan etməyə hazır olduğunu bildirmiş, Tramp isə bu təşəbbüsü dəstəklədiyini ifadə etmişdi.

Xatırladaq ki, Kreml daha əvvəl Donald Trampın Moskvada keçirilən Qələbə paradına dəvət almadığını açıqlamışdı. Builki bayram tədbirləri Ukrayna ilə davam edən münaqişə və İrandakı gərginlik fonunda hərbi texnikanın iştirakı olmadan, məhdud formatda keçirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu