Çinin neft idxalı artıb, qaz alışı isə azalıb
2026-cı ilin yanvar-aprel aylarında Çinin neft idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3% artaraq 185,29 milyon tona çatıb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, Çin Baş Gömrük İdarəsinin hesabatına görə, eyni dövrdə xaricdən qaz alışı isə 6,2% azalaraq 36,53 milyon ton təşkil edib.
Hesabat dövründə neft idxalının ümumi dəyəri illik ifadədə 15,1% azalaraq 15,22 milyard dollar olub ki, bu da qlobal bazarlarda qiymət dalğalanmaları ilə izah edilir. Qaz idxalının dəyəri isə cüzi artımla (0,4%) 100,85 milyard dollara yüksəlib. Təkcə aprel ayında Çin xaricdən 38,47 milyon ton neft (mart ayı ilə müqayisədə 23% az) və 8,41 milyon ton qaz (martdan 2,8% çox) tədarük edib.


