Rusiya Çinin əsas enerji tərəfdaşı olaraq qalır


Rusiya Çinin əsas enerji tərəfdaşı statusunu qoruyur.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, 2025-ci ilin yekunlarına əsasən, Çin Rusiyadan 100,72 milyon ton neft və 9,79 milyon ton mayeləşdirilmiş təbii qaz (LNG) idxal edib. "Sibirin gücü" qaz kəməri vasitəsilə nəql edilən mavi yanacağın həcmi isə 25% artaraq 38,8 milyard kubmetrə çatıb.

Qeyd edək ki, 2026-cı ilin ilk rübündə Hörmüz boğazındakı gərginlik səbəbindən Körfəz ölkələrindən gələn tədarükdə müəyyən fasilələr yaransa da, Çin daxili tələbatı Rusiya və digər alternativ marşrutlar hesabına kompensasiya etməyə çalışır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu