İranla münaqişədə bütün üstünlüklər Trampın əlindədir - Ağ Ev


Birləşmiş Ştatlar İranla münaqişədə üstünlüyə malikdir və onu nüvə ambisiyalarından həmişəlik məhrum etməyə çalışır.

AFN.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibinin birinci müavini Anna Kelli CNN teleşirkətinə müsahibəsində bildirib.

"İndi hər zamankindan daha aydındır ki, prezident Donald Tramp bütün üstünlüklərə sahibdir, onun milli təhlükəsizlik komandası isə İranın nüvə ambisiyalarına həmişəlik son qoymaq üzərində işləyir", - deyə o qeyd edib. Kelli həmçinin əlavə edib ki, ABŞ hərbi əməliyyatların uğuru nəticəsində daha da güclənir, İran isə hər keçən gün zəifləyir.

Fars körfəzində gərginlik: Qarşılıqlı zərbələr

Xatırladaq ki, Fars körfəzi zonasında yeni eskalasiya dalğası mayın 7-də axşam saatlarında ABŞ və İran arasında qarşılıqlı hərbi zərbələr nəticəsində baş verib. İran dövlət radiosunun məlumatına görə, buna səbəb ABŞ hərbçilərinin İran tankerinə hücum etməsi olub. Rəsmi Tehran buna cavab olaraq Hörmüz boğazı yaxınlığında ABŞ-ın üç esmincinə hücum təşkil edib.

Öz növbəsində, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisindəki hərbi obyektlərə cavab zərbələri endirildiyini bəyan edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu