Türkiyə Egey və Aralıq dənizi sərhədləri ilə bağlı qanun hazırlayır
Türkiyə Egey və Aralıq dənizlərinin mübahisəli rayonlarında öz dəniz yurisdiksiyasını rəsmən təsbit edəcək qanun layihəsini parlamentə çıxarmağa hazırlaşır.
AFN.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu addım Şərqi Aralıq dənizində qaz yataqları ətrafında gedən mübarizə fonunda xüsusi əhəmiyyət kəsb edir. MHP lideri Dövlət Baxçalı bildirib ki, Türkiyə gərginlik axtarmır, lakin dəniz yurisdiksiya zonalarını və Kipr türklərinin hüquqlarını görməzdən gələn istənilən addıma qətiyyətli cavab verəcək.
Yunanıstan tərəfi isə dəniz sərhədlərinin adalar əsasında hesablanmasında israr edir ki, bu da iki ölkə arasında gərginliyi artıran əsas amildir.



