London və Paris Hörmüz boğazı üçün 40 ölkəni toplantıya çağırır
Böyük Britaniya və Fransa Hörmüz boğazında ticarət təhlükəsizliyini müzakirə etmək üçün 40 ölkənin müdafiə nazirlərinin iştirakı ilə toplantı keçirəcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilir. Görüşə hər iki ölkənin müdafiə nazirləri rəhbərlik edəcək.
London artıq bölgəyə "HMS Dragon" esminesini göndərib və hərəkətə keçməyə hazır olduğunu bəyan edib. Fransa Prezidenti Emmanuel Makron isə bildirib ki, bu, birbaşa döyüş missiyası deyil, İranla koordinasiyalı şəkildə həyata keçirilməsi nəzərdə tutulan təhlükəsizlik tədbiridir.
