UEFA final oyunlarının hakimlərini açıqladı



UEFA Çempionlar Liqası, UEFA Avropa LiqasıUEFA Konferans Liqasında keçiriləcək final qarşılaşmalarını idarə edəcək hakimlər bəlli olub.

AFN.az xəbər verir ki, UEFA-dan verilən rəsmi məlumata görə, UEFA Çempionlar Liqasının finalında "Paris Saint-Germain" və "Arsenal" komandaları arasındakı mübarizəni Almaniya Futbol Federasiyasından Daniel Siebert idarə edəcək. Sözügedən qarşılaşma 30 may şənbə günü Macarıstanın paytaxtı Budapeştdəki "Puskas Arena"da baş tutacaq.

UEFA Avropa Liqasının finalında isə fransalı hakim Fransua Leteksye ədaləti qoruyacaq. Turnirin həlledici oyunu 20 may çərşənbə günü İstanbulda, "Beşiktaş Park" stadionunda "Frayburq" və "Aston Villa" klubları arasında keçiriləcək.

"Kristal Pelas" və "Rayo Valyekano" komandalarının qarşılaşacağı UEFA Konferans Liqasının final oyununa isə italiyalı hakim Mauritsio Mariani təyinat alıb. Bu matç 27 may çərşənbə günü Almaniyanın Leypsiq şəhərində şəhərlə eyni adı daşıyan stadionda oynanılacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu