Kruiz gəmisində norovirus həyəcanı: 1700-dən çox sərnişin karantinə alınıb



Fransanın Bordo şəhərində lövbər salan kruiz gəmisində norovirus şübhəsi ilə başlayan epidemiya 90 yaşlı bir sərnişinin həyatını itirməsi ilə daha da dərinləşib.

AFN.az xəbər verir ki, səhiyyə rəsmiləri təxminən 50 sərnişində ürəkbulanma, qusma və ishal əlamətlərinin müşahidə edildiyini açıqlayarkən, gəmidəki 1700-dən çox insan karantinə alınıb.

Gəminin karantin müddətinin nə vaxt başa çatacağı ilə bağlı rəsmi qurumlardan hələlik heç bir açıqlama verilməyib. Norovirus dünya miqyasında kruiz gəmilərində mədə-bağırsaq mənşəli epidemiyaların ən geniş yayılmış səbəbi kimi tanınır və çirkli qida, su, eləcə də tez-tez toxunulan səthlər vasitəsilə asanlıqla yoluxur.

Bordo şəhərindəki hadisə ilə eyni vaxtda Karib dənizi sularında üzən "Caribbean Princess" gəmisində də bənzər vəziyyət yaşanıb və orada 115 nəfər norovirus əlamətləri ilə xəstələnib.

Mütəxəssislər kruiz gəmilərinin yüksək sərnişin sıxlığı və ortaq istifadə sahələri səbəbindən bu növ yoluxucu virusların yayılması üçün ideal mühit olduğunu vurğulayırlar. Sağlam fərdlər üçün adətən həyati təhlükə yaratmayan bu virusun yaşlı və xroniki xəstəliyi olan şəxslər üçün ciddi fəsadlar doğura biləcəyi bildirilir.

Hazırda Bordo limanında vəfat edən sərnişinin ölümü ilə virus arasındakı əlaqə araşdırılır və hər iki gəmidə genişmiqyaslı dezinfeksiya işləri aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu