ABŞ Senatı Kevin Uorşu FED sədri vəzifəsinə təsdiqləyib
ABŞ Prezidenti Donald Trampın ABŞ Federal Ehtiyatlar Sisteminə (FED) sədr namizədi göstərdiyi Kevin Uorş Senatdan etimad səsi alıb.
AFN.az xəbər verir ki, Senatda keçirilən səsvermədə Uorşun namizədliyi 45 səsə qarşı 54 səslə qəbul edilib.
Beləliklə, o, rəsmi səlahiyyət müddəti mayın 15-də başa çatacaq Cerom Pauelli bu postda əvəz edəcək. Pauell isə fəaliyyətini İdarə Heyətinin üzvü kimi FED-də davam etdirəcək.
Uorşun andiçmə mərasimindən sonra dörd illik müddətə vəzifəsinin icrasına başlaması və 16–17 iyun tarixlərində keçiriləcək növbəti Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasına sədrlik etməsi gözlənilir.
Qeyd edək ki, Prezident Tramp keçmiş FED İdarə Heyəti üzvü olan Uorşu yanvarın 30-da namizəd göstərmişdi. Stenford Universiteti və Harvard Hüquq Məktəbinin məzunu olan 56 yaşlı Kevin Uorş daha əvvəl 2006–2011-ci illərdə FED-in İdarə Heyətində vəzifə tutub.
ABŞ Senatı dünən həmçinin Uorşun FED İdarə Heyəti üzvlüyünü də 45-ə qarşı 51 səslə təsdiqləmişdi.

