Belçikada uşaqlara qarşı onlayn cinsi istismar halları rekord səviyyəyə çatıb



Belçikada uşaqlara qarşı onlayn cinsi istismar hallarının 2025-ci ildə rekord səviyyəyə çatdığı bildirilib.

AFN.az xəbər verir ki, Belçika mərkəzli "Child Focus" fondu illik hesabatını yayımlayıb.

Hesabatda 2025-ci ildə uşaqlara qarşı cinsi məzmunlu şantaj, onlayn yolla aldatma-yaxınlaşma və razılıq olmadan özəl görüntülərin paylaşılması kimi halların qurbanı olan 837 uşaq və gəncin qeydə alındığı ifadə edilib.

Uşaqlara qarşı onlayn cinsi istismar hallarının 2025-ci ildə rekord səviyyəyə çatdığı vurğulanan hesabatda süni intellektin istifadəsinin bu artımda mühüm rol oynadığına işarə edilib.

Məlumatların güclü bir hüquqi çərçivənin əhəmiyyətini ortaya qoyduğu qeyd olunan hesabatda böyük texnologiya şirkətlərinin üzərinə daha çox məsuliyyət qoyulması çağırışı edilib.

Hesabatda açıqlamalarına yer verilən "Child Focus"un Baş İcraçı Direktoru (CEO) Nel Brutherts uşaqların və gənclərin getdikcə daha mürəkkəb hala gələn rəqəmsal dünyada özlərini qorumaqda çətinlik çəkdiklərini bildirərək, onların onlayn mühitdə təhlükəsizliyini gücləndirmək üçün təcili addımların atılmalı olduğunu ifadə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu