İran hərbi texnikasını modernləşdirir - Tehran
Tehran İranın hərbi texnikasının modernləşdirilməsi üçün lazımi tədbirlər görür və hərbi potensialın qorunub saxlanması üçün hər bir addımı atır.
AFN.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiyə" mərkəzi qərargahının rəisi Əli Abdullahi bəyan edib.
"Texnikamızın müasir tələblərə uyğun olaraq modernləşdirilməsi prosesi fasiləsiz olaraq davam edir", - deyə İranın "Al Alam" telekanalı onun sözlərindən sitat gətirib.
Abdullahi həmçinin əlavə edib:
"Bütün hərbi potensialımız qorunub saxlanılır. Biz düşmənlərə qarşı mübarizəni sona qədər davam etdirmək və onlara qalib gəlmək niyyətindəyik".

