Tramp Fars körfəzi liderləri ilə İran mövzulu telefon konfransı keçirəcək


ABŞ Prezidenti Donald Tramp şənbə günü günortadan sonra Fars körfəzi ölkələrinin liderləri və digər dövlət rəsmiləri ilə telefon konfransı keçirməyi planlaşdırır.

AFN.az xəbər verir ki, bunu “CBS News” telekanalına vəziyyətlə tanış olan amerikalı rəsmilər bildiriblər. Məlumata görə, müzakirələr əsasən İranla aparılan danışıqlara həsr olunacaq.

Mənbələr Trampın hazırda müxtəlif təklifləri nəzərdən keçirdiyini, lakin hələlik yekun qərar vermədiyini bildiriblər. Regiondakı rəsmi mənbələrdən biri isə bəzi liderlərin ABŞ prezidentinin hansı varianta üstünlük verdiyindən tam məlumatlı olmadığını qeyd edib.

Qeyd edək ki, Tramp daha əvvəl ABŞ və İran arasında razılaşma əldə olunmaması halında Tehranın ağır və görünməmiş nəticələrlə üzləşə biləcəyi barədə açıqlama verib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu