Səyyari: İran istənilən yeni təcavüzə qarşı döyüşə hazırdır


İran ordusunun yüksəkrütbəli komandanlarından biri, kontr-admiral Həbibulla Səyyari ABŞ və İsrail tərəfindən mümkün yeni hücum təhdidləri fonunda ölkənin silahlı qüvvələrinin istənilən təcavüzə qarşı “tarixi döyüşə” tam hazır olduğunu bildirib.

AFN.az “Press TV” telekanalına istinadən xəbər verir ki, İran Ordusunun koordinasiya üzrə qərargah rəisi kontr-admiral Həbibulla Səyyari bu açıqlamanı Xorrəmşəhr şəhərinin 1980-ci illərdə İraqla müharibə zamanı həyata keçirilən “Beytül-Müqəddəs” əməliyyatı ilə azad edilməsinin ildönümü tədbirində çıxışı zamanı verib.

O, İranın ərazi bütövlüyünü və müstəqilliyini qorumaq üçün hər hansı təcavüz və ya “dayatılan müharibə” qarşısında yeni bir “Beytül-Müqəddəs” nümunəsi yaratmağa hazır olduqlarını vurğulayıb.

Səyyari həmçinin qeyd edib ki, İran ordusu fədakarlıq və vətənpərvərliklə tanındığını və düşmənlərə “dağıdıcı zərbələr endirmək” üçün ali hərbi rəhbərliyin əmrlərini gözlədiyini bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu