Bolqarıstan ABŞ hərbi kontingentinin ölkədə qalma müddətini uzatdı



Bolqarıstan hökuməti ölkədə olan 15 ABŞ təyyarəsi və 500 nəfərlik texniki heyətin qalma müddətini 30 iyun 2026-cı il tarixinə qədər uzatmaq barədə qərar qəbul edib.

AFN.az xəbər verir ki, Bolqarıstan Hökumətinin Mətbuat Mərkəzi tərəfindən verilən açıqlamada ABŞ-yə məxsus sözügedən hərbi təyyarələrin və texniki heyətin iyunun sonuna qədər Sofiyadakı Vasil Levski Hava Limanında yerləşdirilməsinə icazə verildiyi bildirilib.

Açıqlamada bu yeni qərarla birlikdə təyyarələrin və texniki heyətin ölkədəki mövcudluğunun daha bir ay müddətinə uzadıldığı xatırladılıb.

Müddətin uzadılmasına baxmayaraq, daha əvvəl qəbul edilmiş razılaşmanın xarakteri, miqyası və şərtlərində hər hansı bir dəyişikliyin edilmədiyi qeyd olunan bəyanatda, qərar xəttinə uyğun olaraq ABŞ təyyarələri və texniki qrupunun 30 iyun 2026-cı ilə qədər Sofiyadakı Vasil Levski Hava Limanında fəaliyyətlərini davam etdirəcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, hökumət daha əvvəl, yəni 4 mart 2026-cı il tarixində ABŞ təyyarələrinin və şəxsi heyətinin ölkədə may ayının sonuna qədər qalmasına qərar vermişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu