Marapi vulkanında püskürmə baş verib
İndoneziyanın Qərbi Sumatra əyalətinin Tanah Datar bölgəsində yerləşən Marapi vulkanında güclü püskürmə qeydə alınıb.
AFN.az xəbər verir ki, təbiət hadisəsi zamanı vulkan göy üzünə təxminən 2 kilometr hündürlüyündə kül dumanı püskürüb.
Dağda 3 dekabr 2023-cü ildə baş verən ilk püskürmədən bəri yerli rəsmi qurumlar bölgə sakinlərinin vulkan mərkəzinin 3 kilometrlik radiusundakı əraziyə daxil olmasını və orada hər hansı fəaliyyətlə məşğul olmasını qəti olaraq qadağan edib.


