Danimarkanın yeni hökuməti Qrenlandiya məsələsində ABŞ-a müqavimət vəd edib
Danimarkanın yeni solçu hökuməti Qrenlandiya məsələsində ABŞ-ın təzyiqlərinə müqavimət göstərməyi və ölkədə yaşayış minimumunun bahalaşmasına qarşı mübarizə aparmağı vəd edib.
AFN.az "The Guardian" qəzetinə istinadən xəbər verir ki, dördpartiyalı azlıq koalisiyasına rəhbərlik edən və üçüncü müddətə Baş nazir postunu tutacaq Mette Frederiksen inflyasiyadan zərər çəkən vətəndaşlara hədəfli dəstək veriləcəyini bəyan edib. Bu çərçivədə qida məhsulları üçün ƏDV-nin yarıbayarı azaldılması və gənclər üçün ictimai nəqliyyatın pulsuz edilməsi planlaşdırılır.
Xarici siyasətdə isə əsas prioritet ABŞ Prezidenti Donald Trampın regional təhlükəsizlik bəhanəsi ilə maraq göstərdiyi muxtar ərazi — Qrenlandiya ilə bağlı Vaşinqton və NATO ilə aparılan diplomatik danışıqlardır.
Yeni hökumətin proqramında krallığın suverenliyinin, ərazi bütövlüyünün və Qrenlandiyanın öz müqəddəratını təyinetmə hüququnun qətiyyətlə qorunacağı, həmçinin ABŞ-ın Avropanın təhlükəsizliyinə sadiqliyi ilə bağlı yaranan narahatlıqlar fonunda Danimarka ordusunun daha da gücləndiriləcəyi vurğulanıb.
