İspaniya baş nazirinin xanımının məhkəmə iclası təxirə salındı


İspaniya məhkəməsi baş nazir Pedro Sançesin xanımı Beqonya Qomesin işi üzrə ilkin dinləmələrin vaxtını iyunun 15-nə dəyişdirib.

AFN.az "EFE" agentliyinə istinadən xəbər verir ki, hakim Xuan Karlos Peynado müdafiə tərəfinin vəsatətini təmin edərək əvvəlcə iyunun 9-na təyin olunmuş iclasın vaxtını uzadıb. Beqonya Qomes nüfuzdan sui-istifadə, biznesdə korrupsiya, israfçılıq və qanunsuz mənimsəmə maddələri ilə şübhəli şəxs qismində araşdırılır.

İstintaqın bir qolu baş nazirin xanımının özünə müşavir təyin etdiyi Kristina Alvareslə birlikdə dövlət vəsaitlərindən qeyri-qanuni istifadəsi şübhələrinə əsaslanır. Digər iddialara görə isə Qomes hökumətdən irihəcmli tenderlər və maliyyə alan bəzi özəl şirkətlərlə şübhəli əlaqələr qurmaqda, həmçinin Madrid Komplutense Universitetinə məxsus proqram təminatını qanunsuz mənimsəməkdə ittiham olunur.

Xatırladaq ki, "Təmiz əllər" sindikatının mətbuatda çıxan araşdırmalar əsasında verdiyi şikayətlə başlayan bu qalmaqallı cinayət işinin dayandırılması üçün prokurorluq vəsatət qaldırsa da, məhkəmə araşdırmaları genişləndirmək qərarı verib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu