Tramp Çaqos adalarını almağı nəzərdən keçirir



Donald Tramp administrasiyasının Böyük Britaniyanın bölgədəki suverenliyi təhvil vermək planlarının təxirə salınmasından sonra, Çaqos adalarını Mavrikidən satın almağa yönəlmiş bir planı nəzərdən keçirdiyi irəli sürülüb.

AFN.az xəbər verir ki, Britaniya mətbuatında yer alan xəbərlərə görə, sözügedən addım "Dieqo Qarsiya" hərbi bazasının nəzarətini birbaşa təmin etməyi hədəfləyir.

Ağ Ev potensial satınalma planı ilə bağlı iddialara dair sualları cavabsız qoyub.

Hesabata əsasən, plan ABŞ administrasiyasının Britaniya rəsmilərini dövriyyədən çıxararaq adanı satın almasını və müştərək "Dieqo Qarsiya" hərbi bazasına təkbaşına nəzarət etməsini nəzərdə tutur. Lakin bunun reallaşa bilməsi üçün adalar ilk növbədə suveren status qazanmalı və ABŞ satınalma danışıqlarını birbaşa Mavriki ilə aparmalıdır.

Böyük Britaniyanın adaları Mavrikiyə təhvil verməsini nəzərdə tutan qanun layihəsi ABŞ-ın aprel ayında öz dəstəyini geri çəkməsi ilə rəfə qaldırılmışdı.

Adaları satın almaq ideyasının ABŞ tərəfindən nəzərdən keçirilən bir neçə təklifdən biri olduğu bildirilib. Planın ABŞ-ın Maliyyə naziri Skott Bessent tərəfindən Trampa təqdim edildiyi, lakin hazırda ən güclü seçim olmadığı diqqətə çatdırılıb.

Tramp administrasiyasındakı bəzi rəsmilərin adaların Çinin müttəfiqi olan Mavrikiyə verilməsi halında casusluq fəaliyyətlərinə zəmin yarana biləcəyi ilə bağlı narahatlıq keçirdiyi qeyd olunub.

Digər tərəfdən, ötən həftə Böyük Britaniyaya səfər edən Çaqos qaçqınları nümayəndə heyəti bu məsələnin Britaniya siyasətinin daxilində sıxışıb qaldığını bildirib.

Çaqos Qaçqınları Qrupundan olan altı nəfərlik nümayəndə heyəti adaların gələcəyi ilə bağlı razılığın əldə olunmasında Böyük Britaniyaya tam dəstək verdiklərini açıqlayıb.

Heyətin rəhbəri Luis Olivye Bankult ən vacib məqamın onların hüquqları olduğunu, Britaniya hökumətində xalqları üçün bir həll yolu tapmaq barədə real iradənin mövcud olmadığını, hələ də əziyyət çəkdiklərini və mövqelərinin aydın olduğunu, doğulduqları yerdə yaşamaq hüquqlarının olduğunu vurğulayıb.

ABŞ-ın Çaqos adalarını satın alma ehtimalını gündəmə gətirməsi fevral ayının sonundan bəri davam edən ABŞ-İsrail ilə İran arasındakı müharibənin fonunda baş verib.

Hind okeanının mərkəzində yerləşən "Dieqo Qarsiya" bazası İrandan təxminən 3 min 800 kilometr məsafədədir və ABŞ-ın uzaqmənzilli raketlərini yerləşdirə biləcəyi bir hərbi hava bazasına ev sahibliyi edir.

Müharibə başlayandan bəri İran müştərək bazaya qarşı bir neçə hücum cəhdi göstərib. Mart ayının sonlarında təşkil edilən bu hücumlardan biri ABŞ hərbi gəmisi tərəfindən dəf edilib.

Böyük Britaniya mart ayında ABŞ-a bu müştərək bazadan istifadə edərək İranın raket qurğularını vurmaq icazəsi vermişdi. Tramp isə bunu çox gecikmiş qərar adlandıraraq Britaniya rəsmilərinin bu addımı daha əvvəl atmalı olduqlarını müdafiə etmişdi.

İranın Xarici İşlər naziri Abbas Araqçi sosial media hesabından etdiyi paylaşımda Böyük Britaniyanın Baş naziri Keir Starmerə xəbərdarlıq edərək Britaniya bazalarının İrana qarşı təcavüz üçün istifadəsinə icazə verməklə ingilislərin həyatını təhlükəyə atdıqlarını ifadə edib.

Mövzu ilə bağlı açıqlama verən Britaniya hökumətinin rəsmisi "Dieqo Qarsiya"dakı hərbi baza üzərində Böyük Britaniya nəzarətinin təhdid altında olduğu bir vəziyyəti təhvil aldıqlarını bildirərək milli mənafeləri qorumaq və düşmənlərin bu strateji nöqtədə mövqe qazanmasının qarşısını almaq üçün hərəkətə keçməyin vacib olduğunu, "Dieqo Qarsiya"nın təxminən 60 ildir müştərək təhlükəsizliyi qoruyan əsas strateji hərbi aktiv olduğunu qeyd edib.

Hökumət mənbələri ABŞ-ın qarşı çıxacağı təqdirdə suverenliyin təhvil verilməsi müqaviləsinə davam edilib-edilməyəcəyi barədə suala ABŞ dəstəyi olmadan irəliləməyəcəkləri mövzusunda hər zaman qəti olduqlarını bildirərək cavab veriblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu