Kanada Ukraynaya hərbi yardımı davam etdirəcəyini açıqlayıb
Kanada hakimiyyəti, Rusiyanın kəskin xəbərdarlıqlarına və Kiyev üçün PUA (pilotsuz uçuş aparatı) istehsal edən müəssisələrin ünvanlarını açıqlayacağı barədə hədələrinə baxmayaraq, Ukraynaya hərbi yardım göstərməyə davam edəcək.
Bunu Kanadanın milli müdafiə naziri Devid Makqinti bəyan edib.
Qeyd edək ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Kanadanın Ukrayna böhranına keyfiyyətcə yeni səviyyədə cəlb olunduğunu bildirib. Onun sözlərinə görə, mayın 25-də Kanadanın dəstəyi ilə yaradılmış birgə müəssisə Ukrayna üçün ildə bir neçə min dron istehsal etməyi planlaşdırır və istehsalın 2026-cı ilin sonunadək işə düşməsi nəzərdə tutulur. Zaxarova Rusiyanın bu zavodların koordinatlarını dərc etmək və adekvat cavab vermək hüququnu özündə saxladığını vurğulayıb.

