İndoneziyada yağışlar dünyanın ən nadir böyük meymun növünün 7 faizini məhv edib



İndoneziyanın Sumatra adasında 2025-ci ilin noyabrında baş verən güclü yağışlar nəticəsində dünyanın ən nadir böyük meymun növü hesab edilən Tapanuli oranqutanlarının təxminən 7 faizinin tələf olduğu məlum olub.

AFN.az xəbər verir ki, alimlər 2017-ci ildə kəşf edilən və saylarının 800-dən az olduğu təxmin edilən Tapanuli oranqutanlarının populyasiyası ilə bağlı araşdırma aparıblar.

Tədqiqat Sumatra adasının şimalındakı Batanq Toru ekosisteminə aid olan Tapanuli oranqutanlarının 2025-ci ilin noyabrında yüzlərlə insanın ölümünə səbəb olan şiddətli yağışlardan ciddi zərər gördüyünü ortaya qoyub.

Güclü yağışların törətdiyi təbii fəlakətlər nəticəsində nəsli kəsilmək təhlükəsi altında olan bu növə aid təxminən 58 oranqutanın öldüyünün müəyyən edildiyi araşdırmada bu rəqəmin ümumi sayın təxminən 7 faizinə bərabər olduğu müəyyən edilib.

Bölgədə ekstremal hava şəraitinin gələcəkdə də böyük ehtimalla artaraq davam edəcəyinə diqqət çəkilən araşdırmada bu vəziyyətin dünyanın ən nadir böyük meymun növü kimi qəbul edilən Tapanuli oranqutanlarının yaşayış zonalarını ciddi şəkildə təhlükəyə ata biləcəyi vurğulanıb.

Araşdırmanın nəticələri "Cell Press" adlı elmi jurnalda dərc olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu