İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib


İran ilə ABŞ arasında münaqişənin nizamlanmasına dair saziş mətninin böyük hissəsi Vaşinqtonun ziddiyyətli mövqeyinə baxmayaraq artıq təsdiq edilib.

AFN.az xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai məlumat verib.

"Mətnə gəlincə, onun əsas hissələri demək olar ki, tamamlanıb. Problem ondadır ki, Birləşmiş Ştatların ziddiyyətli mövqeyi bu prosesdə həmişə qeyri-sabitliyə və uğursuzluqlara səbəb olub", - deyə "Press TV" Baqainin sözlərini sitat gətirib.

XİN rəsmisi sazişin imzalanacağı yer və vaxt barədə yayılan məlumatları spekulyasiya adlandırıb. O, Qətər və Pakistanın vasitəçilik səylərini davam etdirdiyini, lakin ABŞ-ın son hərbi aqressiyası səbəbindən diplomatik prosesə ciddi ziyan dəydiyini vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı planlaşdırılan yeni hava zərbələrini ləğv etdiyini və sazişin detallarının prosesə cəlb olunmuş bütün tərəflər (ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Türkiyə, Pakistan və s.) tərəfindən bəyənildiyini açıqlamışdı. Bununla belə, Tramp sənəd tam imzalanana qədər İrana qarşı tətbiq edilən dəniz blokadasının qüvvədə qalacağını bəyan edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu