Kanada və ABŞ arasında fikir ayrılığına səbəb olan körpünün açılışı təxirə salınıb



Kanadanın Ontario əyaləti ilə ABŞ-ın Miçiqan əyalətini bir-birinə bağlayan strateji körpünün açılışı iki ölkə arasındakı mövcud problemlər tam həll olunana qədər təxirə salınıb.

AFN.az xəbər verir ki, Vindzor-Detroit Körpü İdarəsindən (WDBA) verilən rəsmi bəyanatda Kanada və ABŞ-ın açılışın təxirə salınması barədə qarşılıqlı razılığa gəldikləri, tərəflərin ortaya çıxan fikir ayrılıqlarının aradan qaldırılması üçün lazımi vaxt ayıracaqları bildirilib.

Açıqlamada "Gordie Howe Beynəlxalq Körpüsü" adlanan bu nəhəng infrastruktur layihəsinin gələcəkdə həm Kanada, həm də ABŞ üçün çox mühüm iqtisadi və ticari bağ rolunu oynayacağı xüsusi vurğulanıb.

Kanadanın Baş naziri Mark Karni də məsələ ilə bağlı etdiyi çıxışında açılış mərasiminin məhz ABŞ tərəfinin tələbi və istəyi üzərinə təxirə salındığını diqqətə çatdırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu