Dünya Kuboku üçün viza müraciəti rədd edilən 100 argentinalıya televizor hədiyyə edilib
Dünya Kuboku oyunlarını yerindəcə izləmək məqsədilə ABŞ vizası üçün etdikləri müraciətləri rədd edilən 100 Argentina vətəndaşına yerli elektronika şirkəti tərəfindən pulsuz televizorlar paylanılıb.
AFN.az xəbər verir ki, "Washington Post" qəzetinin yaydığı məlumata görə, Şimali Amerikada keçirilən turnirə yollana bilməyən futbol azarkeşlərinə ölkənin tanınmış şirkətlərindən biri maraqlı aksiya ilə dəstək nümayiş etdirib.
"Noblex" adlı brendin rəhbərliyi viza rəddi aldıqlarını sübut edən rəsmi konsulluq sənədlərini şirkətin Buenos-Ayresdəki ofisinə təqdim edən ilk 100 nəfərə evlərində matçları izləyə bilmələri üçün tamamilə pulsuz televizorlar bağışlayıb.


