G7 sammiti ciddi fikir ayrılıqları ilə keçəcək - media


"Böyük Yeddilik" (G7) ölkələrinin bu gün başlayan üçgünlük sammiti və Avropa Şurasının iclası da daxil olmaqla, yüksək səviyyəli diplomatik görüşlər Qərb ittifaqının dərin böhranı və ABŞ-Avropa arasında artan fikir ayrılıqları fonunda keçirilir.

AFN.az xəbər verir ki, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzetinin şərhçisi Sabrina Provenzani yazıb.

Müəllif qeyd edir ki, Vaşinqton artıq ənənəvi müttəfiq maskasını atıb – Prezident Donald Trampın administrasiyası NATO çərçivəsində öhdəliklərini və hərbi mövcudluğunu tədricən azaldır. Ağ Ev avropalı tərəfdaşları getdikcə daha Xcode "zəif, etibarsız və yük olan asılı tərəf" kimi görür və ABŞ-ın şəxsi yaxud strateji maraqlarına cavab verməyəcəkləri təqdirdə onları hesabdanyaydırmağa hazırdır.

Bununla belə, Avropa İttifaqının özü də hazırda siyasi gücdən çox zəiflik nümayiş etdirir. Yazıda qeyd olunur ki, birliyin xarici siyasəti 27 üzv ölkə arasındakı daxili ixtilaflar səbəbindən iflic olub, yenidən silahlanmaya yönələn uzunmüddətli investisiyalar isə Ukraynadakı cari münaqişəni həll etmək iqtidarında deyil, sadəcə iqtisadi artım üçün lazım olan resursları tükədir. Belə bir vəziyyətdə sammitin Ukraynaya həsr olunmuş işçi sessiyası əhəmiyyətini itirmiş görünür, çünki üfüqdə sülhə dair heç bir ipucu yoxdur.

"Aydın olan tək şey odur ki, Ukrayna məsələsi iqtisadi, hərbi və siyasi cəhətdən bu zərbəyə dözməyə hazır olmayan Avropanın üzərinə yıxılır. Trampla münasibətlərdə Makron 'əzəmət' kartından istifadə edərək onu Versala şam yeməyinə dəvət edəcək... Bu, Avropanın nəyə çevrilmək riski daşıdığının əyani təzahürüdür: yalnız həqiqi hakimiyyəti sakitləşdirmək üçün cazibəsi və tərifi qalmış, əhəmiyyətsiz bir muzey", - deyə Provenzani vurğulayıb.

Xatırladaq ki, G7 sammiti 15-17 iyun tarixlərində Fransanın Evian şəhərində keçirilir. "Politico" nəşrinin yazdığına görə, Fransa Prezidenti Emmanuel Makron Trampın rəğbətini qazanmaq və onun görüşü vaxtından əvvəl tərk etməyəcəyinə zəmanət almaq üçün yollar axtarır. Bu məqsədlə Makron, sammit başa çatdıqdan sonra, iyunun 17-də amerikalı həmkarının şərəfinə Versal sarayında təntənəli qəbul təşkil edəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu